"Qədim Qəbələ" restoranından ərəb turistlərə "sürpriz" - Nahar 620 manat "şot" elədi
- 28-03-2017, 09:27
- 7 674
Bu cür hallar dövlətimizin büdcəsinə ziyan vurmaqdan əlavə, həm də xalqımızın mənfi imicini formalaşdırır.
Bu kimi neqativ hallar dəfələrlə rəsmilər tərəfindən də gündəmə gətirilsə də, hələ ki, ciddi tədbirlər həyata keçirilməyib.
Turist qrupundan verilən məlumata görə, belə biabırçı durumun biri də bu gün günorta saatlarında Qəbələ şəhərində yerləşən "Qədim Qəbələ" restoranında baş verib.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə istirahətə gələn 15 nəfərlik qrup bu gün Qəbələ şəhərinə gediblər. Qrupda 9-u böyük, 6-sı kiçik olmaqla "Qədim Qəbələ" restoranında nahar ediblər. Nahardan sonra hesab təqdim olunanda isə ərəb turistlər əsl şok yaşayıblar. 15 nəfərin bir öynə yeməyi 620 manat edib. Qrup rəhbərinin məlumatına görə, göy-göyərti və digər salatları restoran 120 manata qiymətləndirib.
Məlumata görə bu restoranda ümumi məbləğin 10 faizi də ofisiantlara xidmət haqqı kimi ödənilir.
Qarşı tərəf də münasibət sərgiləyə bilər.
Qlobal