Prezident onlara general-mayor rütbəsi verdi
- 27-03-2017, 19:34
- 2 332
xalqxeber.az xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin.
***
Ölkə başçısının imzaladığı digər sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Rauf Rafiq oğlu Xələfova
polkovnik İlqar Əli oğlu Musayevə
polkovnik Sahib Novruz oğlu Nağıyevə
polkovnik Asif Mustafa oğlu Rüstəmova.