Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
- 23-07-2019, 17:51
- 1 117
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, kvotanın dolması üçün təxminən 30 yer qalıb. Vizaların verilməsi prosesi isə iyulun 27-dən başa çatacaq.
Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.
Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 dollardır.
Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.
Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.