Baş nazir Musa Pənahova yeni vəzifə verdi

Cəmiyyət

İllərdir nəqliyyat sahəsində çalışmış sabiq nazir müavini Musa Pənahov yeni vəzifəyə təyin edilib.

Baku.ws-ə istinadən xəbər veririk ki, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov əmr imzalayıb.

Qərara əsasən Musa Pənahov Nazirlər Kabinetində şöbənin müdir muavini təyin olunub.