“Saatda 90-la olan yolu, 100-lə gedə bilərsiz” – Vaqif Əsədov
- 25-06-2019, 13:58
- 1 163
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələbləri pozulursa, (yəni sürət həddi aşılırsa) inzibati xəta tərkibi yaradır:
“Bu günki qanunvericiliyin tələbinə əsasən sürət həddi 11 kilometr və daha yüksək olduğu halda inzibati məhsuliyət yaradır.
Yəni, sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 101 kilometr gedirsə (11 kilometr ) o artıq rada düşür və cərimə olunur.
Əgər sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 100 kilometr gedirsə radara düşmür. Ola bilsin sürücü yaşayış məntəqəsi olan yolda sürət məhdudiyyəti 60 kilometr/saat olan yolda 70-lə gedirsə belə, o da inzibati məhsuliyət yaratmır.
Yəni sürücü 11-20 kilometr arasında sürət hədinin aşılmasına görə, 10 manat cərimələnir. 40 kilometr/saat sürət həddi ilə aşırsa iki cərimə balı və 50 manat cərimə olunur.
Bu sürət həddindən artıq aşmaya görə, cərimələrin məbləği artır”.