Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? – Namizədlər
- 21-06-2019, 12:14
- 4 036
Prezidentin digər sərəncamı isə daxili işlər naziri vəzifəsinə təyinatla bağlı oldu. Belə ki, daxili işlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.
Bu təyinatdan sonra daxili işlər nazirinin birinci müavini vəzifəsi boş olaraq qalır.
Hazırda daxili işlər nazirinin 4 müavini var:
polis general-leytenatları Oruc Zalov,
İsmət Əliyev,
Şahir Məmmədov (həm də Daxili Qoşunların komandanı),
Fazil Quliyev (həm də Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).
Mümkündür ki, adları çəkilən generallardan hansısa biri daxili işlər nazirinin birinci müavini vəzifəsinə irəli çəkilsin. Amma o da mümkündür ki, həmin postda ümumiyyətlə təyinat olmasın və ləğv edilsin. Çünki təcrübədə əvvəllər belə hal baş verib.
Modern.az