İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA
- 14-06-2019, 09:25
- 1 122
Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bir neçə rayonun başçısı yay tətilinə vəzifə başında getməyəcək. İlkin olaraq, əhalinin illərdir ki, etimadsızlığını qazanan icra başçıları bu prosesdə yola salınacaq.
Mənbəmimiz dövlətin müvafiq qurumlarının ötən müddətin yekunları ilə bağlı hazırladığı hesabatın da buna xidmət etdiyini deyib.
Qeyd edək ki, həmin hesabat məqalələrində Yevlax, Ağcabədi, Ağdaş, Astara, Balakən, Göyçay, Göygöl, Neftçala, Samux, İmişlinin icra başçıları “vurulub”.