“Mango” müştəriləri belə aldadır - “Kassada 79 manat aldılar”
- 13-06-2019, 15:53
- 1 031
Bu sözləri Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə “Mango” geyim markasından şikayətində yazıb. Bildirib ki, mağazalar şəbəkəsində 50%-dən endirim olduğu üçün alış-verişə gedib. Bu zaman hər birinin üzərində qiyməti 49.99 yazılmış şalvar və köynək seçib.
Lakin kassaya yaxınlaşdığı zaman ona qiymətlərin fərqli olduğu bildirilib”.
“Köynək 85 AZN-dən 79 AZN-ə düşüb, şalvar isə 59 AZN-də qalıb. Təsəvvür edin ki, belə qiymət səhvi olan onlarla paltar var. Mənim də 2 saat vaxtım boşuna getdi”.
Şikayətçi sonda mağazanın məhsul şəxsinə yaxınlaşıb və ona qiymətlərin həqiqətən səhv vurulduğunu bildiriblər.