Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq
- 13-06-2019, 12:10
- 1 501
Bu sözləri Avropa İttifaqı V Azərbaycan Biznes Forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib.
Onun sözlərinə görə, artıq bu gün həmin qanun layihələrinin parlamentdə birinci oxunuşda müzakirəsi nəzərdə tutulub:
“Hələ 2006-cı ildə məhkəmə hakimlərinin sayı iki dəfə artırılaraq, 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə 100 min nəfərə düşən hakimlərin sayı altı olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.
Məhz buna görə fərmanla hakimlərin sayının xeyli - 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha da optimal şəkildə qurulması üçün çox vacibdir”.