MTN generalın bacanağı məhkəmə zalından HƏBS EDİLDİ
- 11-06-2019, 21:02
- 1 370
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M. Talıbov 4 il müdddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.