İsgəndər Həmidov kəndə gedir

Cəmiyyət

Türkiyədə müalicə olunan sabiq daxili işlər naziri İsgəndər Həmidov iyunun 8-də axşam saatlarında vətənə qayıdıb.
Onu hava limanında tərəfdarları qarşılayıblar. Səhhəti tam düzəlməyən sabiq nazir bir müddət Şamaxıda dincələcək, mətbuatdan kənarda qalacaq.

Bu barədə sabiq nazirin qardaşı oğlu Şəhriyar Məcidzadə məlumat verib: “İsgəndər bəyi qarşılayanlar sırasında mən də var idim. Qısa söhbətimiz oldu və sonra evinə getdi. Bir müddət Şamaxıda olacaq. İmmunitetinin güclənməsi üçün kənd həyatında bir müddət yaşaması lazımdır. Həkimlər bunu məsləhət görüblər. Ona qətiyyən yük düşməməlidir. Aktiv siyasi fəaliyyətlə də məşğul olmamalıdır.

Bir müddət rayonda qaldıqdan sonra təkrar müayinəyə gedəcək”.

Musavat.com