Cavid Qurbanov Elmar Vəliyevə vəzifə vermək istəyir?
- 7-06-2019, 13:13
- 1 307
Həmçinin qeyd olunub ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq, E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub.
Məlumatda bildirilir ki, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.
Bizimxeber.az-a daxil olan məlumata görə, bu məlumatlar Elmar Vəliyevin yaxın adamları tərəfindən yayılır və o yenidən vəzifə arzusundadır. Odur ki, bu tip məlumatları yayırlar ki, ona qarşı müəyyən qurumların diqqəti yaransın və yaxın ayılarda onu hansısa posta töyin etmək mümkün olsun.
Elmar Vəliyevə yüksək vəzifə verməyə hazır olan şəxslər arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun adı birinci çəkilir. Yaxın aylarda Elmar Vəliyevin hansısa posta təyinatı gözləniləndir.
Məlumat üçün bildirək ki, Elmar Vəliyeb Bakının meri postuna iddialı şəxslərdən idi.
Bizimxeber.Az