Zakir Həsənov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
- 5-06-2019, 11:51
- 1 242
Sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 60 yaşı tamam olur.