Ekologiya nazirliyində Novruz Quliyev “dövran“ı
- 4-06-2019, 10:56
- 1 331
AzFakt.com-a daxil olan məlumata görə ETSN naziri Muxtar Babayev nazirlikdəki əsas "kilid" işləri müavini Novruz Quliyevə tapşırmaqla bərabər, bir çox məsləhətləşmələri də onunla aparır.
Muxtar Babayev Novruz Quliyev "mehriban"lığının səbəbkarı isə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun olduğu deyilir. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın adamı olan Qorxmaz Hüseynov Novruz Quliyevlə həm yerli və yaxın münasibətlərə malikdirlər. ETSN nazirinin də Rövnəq Abdullayevin kadrı olması isə Novruz Quliyevlə Muxtar Babayevi yaxınlaşmasına səbəb olub.
AzFakt.com-a verilən digər məlumatda isə qeyd edilir ki, adı bir müddətdir mətbuatın gündəmindən düşməyən, hazırda Ağ Göl Milli Parkının direktor müavini vəzifəsini daşıyan Loğman Mehdiyevində arxasında məhz nazir müavini Novruz Quliyev dayanır. Hələ ilin əvvəlində Muxtar Babayevin Loğman Mehdiyevin işdən azad edilməsi əmrinin geri oxunmasının əsas səbəbkarının Novruz Quliyev olduğu bildirilir.
Məlumata görə hazırda nazirlikdə köhnə komandadan qalan direktorların çoxsuna hazırda himayədarlığı Novruz Quliyev həyata keçirir.
AzFakt.com