Ramil Usubov onu rəis müavini TƏYİN ETDİ
- 15-05-2019, 10:10
- 1 172
Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Rizvanov Yevlax Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.
Xəbəri Yevlax Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə keçmiş rəis müavini polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.