"Jurnalistikada çalışanların 45-55 faizi qadınlardır" - Əflatun Amaşov

Cəmiyyət

"Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır".

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan mətbuatında əsas işlək qüvvə qadınlardır. Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasına daxil olan müraciətlərin daha çoxu qadın istismarı ilə bağlıdır.