Bakının “yoxsul” iş icraçısı Araz Rəhimovun milyonluq sərmayəsi: - “Diqlas”ın külündə görünən izlər
- 6-05-2019, 09:15
- 893
Rayon ərazisində xeyli sayda obyektə yiyələnən və bazarlardan, ticarət mərkəzlərindən ibarət “zəngir” formalaşdıran A.Rəhimov, bu gün də Göyçayda iqtisadi-maliyyə gücünə görə ilk sırada qərarlaşır. Bundan başqa, iş adamının Bakıda da xeyli sayda obyektə malik olması ilə bağlı informasiyalar mövcuddur. Mənbənin bildirdiyinə görə, Bakıdakı obyektlərin bri qisminə öz yaxın adamları vasitəsi ilə idarə edən A.Rəhimov, bu obyektlərin bir qisminə də şəxsən nəzarət edir. Bütün mümkün vasitələrlə ictimai nəzarətdən , eləcə də media nəzarətindən yayınmağa çalışan A.Rəhimovun adının bu günə qədər o qədər də çox diqqət cəlb etməməsi isə onun sahibi olduğu bəzi obyektləri də iş icraçıs adı ilə idarə etməsi ilə bağlıdır.
Şübhəsiz, A.Rəhimovun malik olduğu biznes imperiyası hazırda ona böyük miqdarda pullar qazandırsa da, iş adamı ilə bağlı maraqlı məlumatlardan biri onun bu imperiyanın yaranması üçün gərəkli olan ilkin kapitalı necə, hardan əldə etməsi ilə bağlıdır. Növbəti yazılarımıza bu məsələyə aydınlıq gətirməklə yanaşı, iş adamı ilə bağlı xeyli sayda digər maraqlı məlumatları da ictimaiyyətin diqqətinə çatdıracayıq.
Cumhuriyyet.az