“Qrandmart”ın qəribə sovet xəstəliyi... - FOTO
- 1-05-2019, 16:25
- 911
Fikrimizcə, bu anormallığı ciddi sanksiya ilə aradan qaldırmaq olar. Başqa sözlə, hansı marşrutda, kommersiya obyektində saxta, qondarma adlar işlənərsə, həmin marşrutların, obyektləri “Reklam haqqında” və digər qanunların tələbləri ilə, məsələn, minimum əmək haqqının bir neçə misli miqdarında cərimə etməklə, quldur tör-töküntülərindən qurtulmaq olar.
Quldur adlarının məhsul “brendi”nə çevrilməsi isə daha çox marketlərin, yumşaq desək, özbaşınalığıdır. Fikir verin, istehsalçı məhsulunun adını “Bakıxanov çörəyi” kimi etiketləndirib, amma marketlərin piştaxtalarında “Razin çörəyi” yazılır. Niyə?
“Qrandmart” marketlər şəbəkəsinin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən mağazasında bu özbaşınalığa qəribə cavab aldıq: “RAZİN ELƏ BAKIXANOVDUR DƏ”.
Çox güman ki, bağlantılı qurumlar “Qrandmart” və digərlərinə quldurla dövlət xadiminin, ziyalının, yazarın fərqini anladacaqlar.
Hurriyyet.org