“Araz” marketdən ciyər aldı, qurdlu çıxdı – FOTO

Cəmiyyət

“Araz marketdən alınan ciyərin içərisindən qurd çıxıb”. Bunu “news24.az”a müraciət edən oxucularımızdan biri deyib. Onun sözlərinə görə, dünən Masazır ərazisindəki Araz marketdən ciyər aıblar. Evə gətirdikdən sonra görüblər ki, ciyərin içərisi qurdla doludur.

Gördüklərini videoya çəkib sosial şəbəkədə paylaşan oxucu bundan hər kəsin xəbər tutmasını istəyir: “Biz ciyəri geri qaytardıq. Amma istəyirəm ki, bunu hər kəs bilsin. Həmin mağazalardan nəsə aldıqda diqqətli olsunlar.