DYP jurnalistə "Mercedes GL" “hədiyyə etdi” — FOTOLAR
- 23-04-2019, 09:05
- 1 756
Bu barədə jurnalist öz Facebook səhifəsində məlumat paylaşıb.
"3-cü zolaqda hərəkət edən "Mercedes GL"dir. Mən isə birinci zolaqla hərəkət edirəm. Ağ Ford Tranzitdən zonra birinci maşın (yaşıl oxla işarıələnib).
Həmin zolaqda hərəkət sürəti 120 km/saatdır. ML-in hərəkət etdiyi zolaqda isə 100 km/satdır (qırmızı oxla işarələnib).
DYP əməkdaşları əsas planda mənim maşının şəklini veriblər., digər şəkillərdə GL-i. Cəriməni isə mənə yazıblar", - deyə jurnalist protokola əlavə edilmiş video və şəkillərlə yazdıqlarını sübut etməyə çalışıb.
"Bəlkə DYP əməkdaşları mənə GL hədiyyə edib, xəbərim yoxdur. Mən də hansısa bir ilhai qüvvə ilə eyni anda hər iki maşını idarə etmişəm, ", - deyə Z.Xeyirxəbər ironiya ilə əlavə edib.
RePost.Az