Səfər Mehdiyevin idarəsində İLGİNC İSTEFA - DGK sədri gənc vəkili çox saxlamadı...
- 19-04-2019, 17:07
- 1 153
Gununsesi.org-un xəbərinə görə, buna səbəb onun köhnə -vəkillik peşəsinə qayıtmaq istəyi olub.
Ceyhun bəy xəbəri saytımıza təsdiqləyib.
DİA.AZ xatırladır ki, C.Yusifov bir çox məşhur şəxslərə vəkillik edib.
O, ötən il martın 2-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri tərəfindən “Fəxri Fərman”la təltif olunub.
Keçən ilin sentyabrın 14-də isə DGK İstintaq İdarəsinə rəis təyin edilib. C.Yusifov yeni təyinatla əlaqədar vəkillik fəaliyyətini dayandırmışdı.
İndi isə aydın olur ki, C.Yusifov yenidən əvvəlki fəaliyyətini bərpa edib və gömrükdən gedib.
Daxil olan xəbərə görə, bu istefada DGK sədri Səfər Mehdiyevlə yaramış gərgin münasibətlər də yetərincə rol oynayıb. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
DİA.AZ