Özünü asan “Araz” marketin filial müdirinin intiharı ilə bağlı iddialar: intihar həddinə çatdırılıb
- 18-04-2019, 10:44
- 1 519
Bərdə rayonunda “Araz” marketin filial müdiri işləmiş 32 yaşlı Tofiq İsgəndərovun hansı səbəbdən intihar etdiyi məlum olub. Məlumata görə, bir neçə ay əvvəl işdən çıxan Tofiq İsgəndərovun külli miqdarda borcu var imiş. Mərhumun yaxınlarının bildirdiyinə görə borclu olduğu şəxslər daimi olaraq ondan borclarını istəyirmiş və pulu qaytara bilməyəcəyini düşünən T.İsgəndərov çıxış yolunu intiharda görüb. Deyilənə görə, mərhum borclu olduğu şəxslərdən müəyyən zaman, möhlət istəsə də qarşı tərəf tələblərindən geri çəkilməyib. Bu səbəbdən də yaxınları baş vermiş hadisənin “intihar həddinə çatdırma” olduğunu düşünür.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Anaxeber.info