Prezident xidmət rəisini təltif etdi

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsini icra edən Elçin Bağırovun bu gün 60 yaşı tamam olur.