Azərbaycanın 10 milyonuncu sakininin gerçək FOTOSU
- 8-04-2019, 16:59
- 1 163
Qeyd edək ki, ötən gün tanınmış aparıcı Hacı Nuran sosial şəbəkə hesabında qucağında uşaqla foto paylaşıb. Bir çox saytlar həmin körpənin 10 milyonuncu vətəndaş olduğunu zənn edərək xəbərlər yayıblar. Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova isə açıqlamasında bunu təkzib edib. Hacı Nuranın şəklini paylaşdığı körpənin həmin uşaq olmadığını bildirib.
Bu xəbərdən sonra uşağın atası Rauf Həsənov qızının fotusunu Azvision.az a təqdim edib.
Qeyd edək ki, ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova orta məktəbdə müəllim işləyir. Onun həyat yoldaşı Rauf Həsənov isə polis serjantıdır.