SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video

İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video

Tarix:

4-04-2019, 13:37

/ 984 dəfə oxundu.
İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində “Aprel döyüşləri”nin 3-cü ildönümü münasibətilə tədbir keçirilib. Rəsmi tədbirdən öncə rayon rəhbərliyi “Aprel şəhidi” Mahir Mirzəyevin məzarını ziyarət edib. Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhidin atası Sabir Mirzəyev məzarın üzərinə gül dəstələri qoyaraq nitq söyləyiblər.

Daha sonra mərasim Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.Tədbirdə millət vəkilləri, hərbçilər, şəhid ailələrinin üzvləri, rayon rəhbərliyinin strukturlarında təmsil olunan şəxslər, ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak edib.

Öncə şəhidlərin xatirəsii yad etmək üçün bir dəqiqəlik sükut elan olunub. Ardınca Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı sənədli film nümayiş olunub. Daha sonra məktəb şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Tədbirdə çıxış edən icra başçısı Abdin Fərzəliyev bildirib ki, Apel döyüşləri Azərbaycan milli ordusunun zəfər döyüşüdür: “Bu döyüşlərdə Azərbaycanın ləyaqətli övladları düşmənə öz layiqli yerini göstərdi. Biz rayon sakinlərimiz olan şəhidlərin ailələri ilə dəfələrlə görüşmüşük. Aprel döyüşlərində həlak olan hərbçilərin hər birinin ailəsi bizim üçün müqəddəsdir. Onların ailə problemləri bizim hər birimizin ailə problemləri kimi qəbul olunmalıdır. Bu üç il ərzində prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan münasibəti, onların sosial qayğılarına olan yanaşmasına hər birimiz şahid olduq.

Şəhid ailələri qarşısında baş əyirik, siz hər biriniz bizim üçün qürur mənbəyi, ləyaqət simvolu, qəhrəmanlıq nümunəsisiz”.

Tədbirin davamında millət vəkili Rasim Musabəyov, şəhid atası Sabir Mirzəyev, şəhid polkovnik Sənan Axundovun oğlu Tahir Axundov çıxış edib.

İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video
İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video
İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video
İcra başçısı aprel şəhidinin məzarını ziyarət etdi - Fotolar+ Video

Şərhlər

XƏBƏR LENTİ