Fikrət Qoca oğlunun qətlindən danışdı: "İstəyirlər 100 adamı tutsunlar..."

Cəmiyyət

"Oğlumun öldürülməsindən xəbərsiz idim”. Bunu xalq şairi Fikrət Qoca deyib.

O bildirib ki, nazirlik məlumat yayana kimi oğlunun yıxılaraq öldüyünü bilib: "Mən oğlumu itirmişəm. Daxili İşlər Nazirliyi çox sağolsun ki, bu məsələyə aydınlıq gətiriblər. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var? Əlbəttə ki, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər niyə öldürüb”.

Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: "Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu nə düşməni ola bilərdi ki?”

bakipost