Hüseyn Nuriyev prezident İlham Əliyevə müraciət etdi

Cəmiyyət

Azərbaycan Respublikasının
Prezidenti cənab, İlham Əliyevə
Bakı şəhər, Suraxanı rayonu Hövsan qəsəbəsi, bağlar 15, mənzil 14 ünvanında yaşayan Nuriyev Hüseyn Rəsul oğlu tərəfindən
Tel: (051) 819-11-11

Ə R İ Z Ə
Cənab, İlham Əliyev!
Yazıb Sizə bildirirəm ki, qeyd etdiyim şəxslər Kənan Mustafazadə, Rafael Daşdəmirov, Xəyal Yəhyayev, Müslim İsmayılov, Araz Qasımov, Rayisə İsmayılova başçılıq edən Kənan Mustafazadə əvvəllər mənim də hal- hazırda çalışdığım şirkətdə distributor işləyiblər . Mən isə, artıq 6 ildir ki, treynerəm və əvvəllər 2008- ci ildə bu şəxslərlə tam ayrı- ayrı filiallarda çalışmışıq və mən o zaman onlar kimi distributor, məhsulların satışını reklam edərək özüm üçün əlavə gəlir əldə etmişəm və o zaman adını qeyd etmədiyim köhnə şirkətdə 3 ay distributor işləmişəm. O zaman da bu insanlarla heç bir əlaqəmiz və bağlılığımız olmayıb.
2012- ci ildə isə hal- hazırda treyner kimi çalışdığım LNS- ə həmin şirkətdən gəldim və keçmiş çalışdığım şirkətdə 4 ay distributor çalışdım. Hal- hazırda çalışdığım şirkətdə, Lifeteam təlim- tədris mərkəzinin Azərbaycanda rəsmi nümayəndəliyi çox qısa zamanda açılacaqdır. Mənim bu şirkətlə müqaviləm olduğu üçün onu da qeyd etmək istəyirəm ki, nəyinki bu şirkətdə, mənim bütün dünyada və Azərbaycanda treyninqlərin biletlərinin satışını edib, treyninqlər keçirdim. Bu mənə çox qürurvericidi və az da olsa öz ölkəmin dünyada tanınmasında zəhmətim olur. Çünki, tək Azərbaycanda yox, bütün dünyada bu treyninqləri keçirirəm. Dünyanın hansı ölkəsində treyninq təşkil edirəmsə öz dövlət himnimizi treyninq başlamamış, birinci bizim qürur duyduğumuz himnimiz səslənir, sonra treyninqlər başlayır.
Əslində, bu bir azad sahibkarlıqdır və onu da qeyd etmək istəyirəm ki, artıq 3 ildir ki, “LNS” şirkəti bu şəxsləri şirkətdən uzaqlaşdırıb. 2013- 2014-cü ildən adlarını qeyd etdiyim şəxslər həmin köhnə çalışdıqları şirkətdən də qovulublar və əslində həmin şirkətə də və məhsul satdığı şəxslərə də yanlış məlumatlar veriblər və onların pul mənimsəməkdə də əlləri vardır. Orada da öz çirkin əməllərini günahsız şəxslərin üstünə atmaq istəyirdilər. Əslində özləri aldatdığı şəxsləri kimlərinsə üstünə yönəldirdi. Bu şirkətə gələndə də onlara tapşırıq verilmişdir ki, oradakı çirkin əməlləri burada etməyin. Bu yuxarıda qeyd etdiyim insanlar “LNS” şirkətinə böyük ziyan vurmuşdular. Məhsul satdığı şəxslərə də düzgün məlumat verməyərək, hətta məhsul pullarını da mənimsəmişdilər. Yuxarıda qeyd edilən şəxslərin 3 ildir nə mənimlə, nə də mən çalışdığım şirkətlərlə heç bir bağlantısı, əlaqəsi yoxdur. Hətta, onlar çalışanda da mənimlə heç bir alış- satışı olmayıb. Hal- hazırda çalışdığım şirkətdə də mən onlardan qabaq da treyner kimi çalışırdım. İndiyə qədər ikinci çalışdığım şirkətdi. Onlar isə 6 şirkətdə çalışıblar. Əslində yuxarıda qeyd etdiklərim 6 şirkətin hər birindən qovulublar. Heç bir zaman da treyner kimi çalışmayıblar. Onu da qeyd etmək istəyirəm ki, 6 şirkət də necə oldu ki, hamısı birdən-birə pis oldu və mən də pis oldum. 6 şirkətə ziyan vuruldu, mənə ziyan vuruldu və məndən başqa da mənim kimi günahsız şəxslərə ziyan vuruldu. Səbəbi isə bunların birləşərək o şirkətlərə , mənə və çoxsaylı insanlara ziyan vurub, guya ki, Amerikada (qondarma) şirkət açılıb, bunlar da oranın filialını işlədirlər. Amma əsla elə deyil! bunlar insanlardan mənimsədiyi pulları toplayaraq, özlərinə pramida açmışdılar. Əlbəttə ki, pramida insanları aldadaraq, tələyə salaraq oyun qurmaqdır. Pulu qoy milyoner ol, amma çalışmaq üçün nə zavodu var nə məhsul satışı var. Heç bir şeyləri yoxdur. Ancaq tələ var mənimsəmək var. Heç bir zaman mən o şirkətlərdə nə aldanmaram, nə də müqavilə bağlayaraq treyner olmaram. Mənim müraciətim ondan ötəridir ki, bu yuxarıda adlarını qeyd etdiyim şəxslər Kənan Mustafazadə mənə 25000 (iyirmi beş min) ABŞ dolları pul borcludur. Müslüm İsmayılov və həyat yoldaşı Raisə İsmayılova isə 3 il bundan qabaq özləri şəxsən “LNS” şirkətinin Nərimanov ofisinin rəhbəri olmuşlar. Açılışa da məni qonaq kimi dəvət etmişlər. 3 il bundan qabaq onlar qovularkən “LNS” şirkətindən qisas almaq üçün həmin ofisin ləvazimatlarını, əşyalarını özbaşına götürüb aparmışlar. Sözüm onda deyil, mənim qiymətli geyimlərimi notbuk və printerimi də, bir günlük saxlamaq üçün etibar edib onların ofisində qoymuşdum, Mənə olan pul borcumu qaytarmayıb, üstəlik də onlara etibar edib onların ofislərində qoyduğum bu əşyaları da icazəsiz aparmışlar. 6000 (altı min ) manat şəxsən mənə ziyan vurmuşlar. 102- yə və dövlət orqanlarına müraciət etdikdən sonra, Kənan və İsmayılovlar məndən vaxt istədilər ki, çox qısa zamanda səndən aldığımızı verəcəyik. Sonra isə, bəhanə üçün mənə böhtanlar, şərlər atmağa və çox böyük məmurların adlarından sui- istifadə etməyə başladılar. Mənim başıma çox oyunlar açdılar. Sonra Nəsimi rayon ərazisində “50 qəpik” çay evinin qarşısında Kənanla savaşdıqda hətta üstümə adamlarla hücüm da çəkdilər. Bu zaman Nəsimi rayon Polis İdarəsinin Post Patrul maşını saxladı, iki çavuş düşərək məni onların əlindən aldı. Həmin çavuşların yanında mənə və həmin çavuşlara söz verdilər ki, Hüseyn şikayət etmə! Biz sənin pulunu 15 günə qaytaracağıq. Həmin çavuşları da, məni də bir daha aldatdılar. Öz iyrənc əməlləri, şantajları yenidən başladı. Bu dəfə isə özünə vəkil də tutdu. Ondan sonra vəkil də bunların etdiyi kimi məni ofisə dəvət edərək dedi ki, Hüseyn elə etmə ki, səni tutduraq. Kənanın da, mənim də çox böyük yerlərdə əlaqələrimiz var. Ancaq Kənandan və Raisəgildən şikayətləri saxlatdır. Elə etmə ki, səni nazirliyin baş idarəsinin zirzəmisinə basdırım. Bunlardan rahat olmaq üçün bir daha şikayət etmə və ağıllı ol! Şikayət etdiyim zaman, mənə dedi səndən şikayət etdirəcəm, nə var yüzlərlə insanı toplamağa. Mən inanmadım... Yazdığım şikayətlərin heç bir nəticəsi olmamışdır. Ona görə də video çəkilişlə prezident İlham Əliyevə, Mehriban xanıma, Ramil Usubova şikayət etdim. Onların tanışı Etibar adlanan vəkil və özləri iyrenc əməlləri ilə yenidən daha da pisləşdirdilər vəziyyəti. Sonra isə bu vəkil qondarma şikayətlərə, öz dediyi çirkin əməllərə başladı. Şikayətlər etdirərək məni hədələyərək, mütəşəkkil idarə adından və yuksək vəzifəli məmurlar adından hədələdi. Bunlar Kənan və Larisagilin yaxın adamlarıdılar. Başladı ki, sənin özün 5000 manat rüşvət versən nə tutulacaqsan, nə də şikayətlər olacaq. Bunun bütün danışıqlarının səs yazıları məndə sübutu olaraq qalır.
Cənab Prezident!
Müraciətlərimə baxmayaraq, bu şəxslər yenə öz iyrənc əməllərini mənə qarşı davam etdirdi və məndən borcumu gözləməyim üçün aylarla vaxt alaraq heç bir yerə müraciət etməyə qoymadılar, 102-ə və dövlət orqanlarına şikayətlərimi dayandırmamı istədilər və dedilər ki, bizim onsuz da səninlə işimiz yoxdu daha. Aylarla yalandan vədlər verərək yenə Rayisə və həyat yoldaşı Müslüm 3 aya verəcəklərini, Kənan da çox qısa zamanda verəcəyini söylədi. Hətta yenə də həyatımı təhlükə altına salmışdılar ki, “Sky Hotel”-də yeni il gecəsi və ondan 3 gün sonraya kimi gözlə, şikayət etmə və sonra rahat yaşa deyərək söz verdilər .Mən də bunu düşünürdüm ki, bu adlarını çəkdiyim insanların başları özləri qurduğu piramidaya qarışıb, 4000-ə kimi adamları piramida yolları ilə aldadırlar. Çünki, bunu qurmamış da, bayaq qeyd etdiyim 6 şirkətdən əlavə mənim və çalışdığım şirkətin həmçinin məndən sonra, minlərlə insanın haqqına girməklə onları aldadıb şantaj etməklə tutdurmaqla qorxudurdu. Mən bir çox dövlət orqanlarına şikayətlərimi yollamışdım və məhkəməyə müraciyətdə mənim şikayətimi mülki iş adlandıraraq əsassız saydılar.
Mən Nazirliyin Mütəşəkkil İdarəsinə bu məsələ ilə bağlı müraciyət etməmişdim. Amma, mart ayının 23-ü Mütəşəkkil Baş İdarə telekanallarda bu insanların iyrənc əməllərini görəndə, 4000 şikayətçi olduğunu mediyada göstərəndə mən çalışdım ki, şikayətimi yollayım həmin idarəyə ki, mənim də haqqım bərpa edilsin. Müraciyətimi poçt vasitəsi ilə yolladım. Bunu biləndən sonra, tutulmayanlar arasında bunu hardansa eşidən Rayisə adlı bir xanım öz tanış vəkili ilə mənə zənglər edib, ağzından çıxanları deyir və məni hədələyirdi. Çünki, 4000 insanı bunlar qrup halında özləri üçün piramida yığaraq insanların başlarına oyunlar açmışdılar. 5 ayda 4000 insan aldadılıb və məni yenə hədələyərək vəkili Etibarla Rayisə xanım indi baxarsan səni yollayaram ora Mütəşəkkil İdarədə saxladaram səni ağlın başına gələr. Rayisə və Müslüm onsuz da Kənan da çıxacaq səni kimi qurbanlıq tapıb verəcəm.Darıxma... Yenidən başladılar. bu dəfə 2 nəfər vəkil və Rayisə xanım mart ayının 26-sı günorta saatlarında zəng edib, Daxili İşlər Nazirliyinin adından danışaraq mənə, sizi idarədə gözləyirəm tez gəlin dedilər. Mən isə dedim, nə məsələdi izah edin və kobud Dövlət Qulluqçusuna yaraşmayan sözlərlə məni təhqir etdilər. Məndən hardasan deyə soruşdular. Öz çalışdığım treyninq mərkəzinin baş ofisində dedim. Sizə çox vacibdirsə gələ bilərəm dedim. Görüşək amma işdən çıxa bilmirəm qeyd etdim ki, ofisdəyəm. Mən hal-hazırda sizinlə ofisimdə danışıram amma, xəstəyəm. İndi isə gəldim evə, qayıdıram istiyirsiz siz gəlin və sizə onu bildirmək istəyirəm ki, mən 2012-ci ildən indiyə kimi müqavilə bağlayaraq İtaliya şirkəti “LNS”də, “Life Team” təlim-tədris mərkəzində treyner kimi treyninq işləyirəm və bununla da qürur duyuram. Ölkəmizdə dövlət başçısı bizlərə dəstək olur. Onu da qeyd etmək istəyirəm ki, bir daha mən “LNS” şirkətində də, başqa şirkətlərdə də 2008-ci ildə 4 ay distrubuter və “LNS”də də 4 ay reklam etmək, məhsul satmaqla çalışmışam. Mənim işim treynerdi bunu qeyd etməkdə də məqsədim var. Çünki, hələ bu yaşa kimi o idarədən mənə zəng gəlməyib şikayət var deyə.
2 gün keçmədi yenidən bunlar başladı öz yenə çirkin əməllərinə.Yəni, o deməkdir ki, 7 ay vəkil Etibarın dediyi kimi tutdura bilərsən özbaşınalıqdı. O qeyd etmişdir ki, yox onu mən və mənim dostlarım kimilər daha yaxşı bacarır. Əlbəttə, mən inanmıram çox söz deyə bilər və çox adlardan isdifadə edə bilər. Soruşanda məndən niyə şikayət edirsən. Etibar müəllim, düz olsaydı orda 4000 insan aldadılmazdı.
Aldadanlardan 5-i tutulub, Rayisə xanım necə çöldə qalıb bilmirəm. Düz adam elə işlər görmür. dedi o sənə nə qədər pul verib və əlavə kimlər kimlər nə qədər pul verib. Mən də yenə açıq-aydın hər kəsə deyirəm, bu dövlət qanunsuz dövlət deyil! Öz qanunları, öz hüquqları var. İnanıram ki, bu mümkün deyil. bayaq qeyd etdiyimdə də söylədim bu yuxarıda adları göstərilənlər 4 il bundan qabaq “LNS” şirkətində ditrubuter kimi çalışıb, şirkətə də şirkətin əməkdaşlarına da ziyan vurub çoxlu. Düzdü bu gün və 4 ildir artıq nə Rayisənin, nə bu adlı adamların bizimlən əlaqəsi, nə alış-verişi var. Əlbəttə bunlar “LNS” şirkətində distrubuter kimi çalışanda da məndən, nə də şikayətdə göstərdiyi əlavə adamlardan heç bir alış- verişi olmayıb. Bu sadəcə 4 ildə şantajlarla məndən əlavə 6 şirkətə və 4000 insana iyrənc əməllərlə kimlərəsə nələrsə edibsə yəqin, məni də düşünüb.
Sizə, minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, mənim haqlarımı, mənə olan borcları 25000 (iyirmi beş min) dollar Kənan, Mustafazadənin, Rayisə və Müslümün 6000 ziyanı zərər çəkmiş kimi tanımasam da yenə də inaniram Sizə.
Bu indi də Rayisə və Etibarın iyrənc əməllərinə son qoyub. Bu 2 şəxs qalıb bunlar da öz layiqli cəzasın alsın . Çünki, bilirəm bunların əlindən özləri demişkən hər şey gəlir.

Cənab İlham Əliyev, Çox Xahiş edirəm...
Adları cəkilən insanlara 4 ay qəti həbs imkan tədbiri seçilib. Araşdırma davam edir. Mənim də barəmdə tapşırıqlar verəsiz aidiyyatı orqana. Mənim hüquqlarım qorunsun və öz haqqım bərpa olunsun və mənim də şikayətlərimi zərərçəkmiş kimi istintaq tanısın. Sizə güvənirəm və inanıram.


İmza: Nuriyev Hüseyn Rəsul oğlu
Tarix: 27.03.2019