Gəncənin keçmiş polis rəisi DİN-də yüksək vəzifəyə təyin olunub
- 29-03-2019, 10:40
- 1 460
Polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.