OBA marketdə sabah istehsal olunacaq yumurta bu gün satılır - FOTOFAKT
- 15-03-2019, 11:28
- 1 166
Ölkə.Az-a istinadən xəbər veririk ki, foto sosial şəbəkədə marağa səbəb olub.
Fotonu İsmayıl Tağıyev adlı sosial şəbəkə istifadəçisi paylaşıb və yumurtanı bu gün aldığını deyib. Bəziləri bu tarixin yumurtanın son istifadə tarixi olduğunu yazsa da, OBA marketlər şәbәkәsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu, məsələnin istehsalçı şirkətlə aydınlaşdıracaqlarını deyib.
Qeyd edək ki, bu yaxınlarda da sözügedən marketdən alınan yumurta xarab çıxmışdı və bu mətbuatda öz əksini tapmışdı.
Həmin fotonu təqdim edirik: