SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının mərkəzindəki "çay evi"ndə striptiz klub - VİDEO

Bakının mərkəzindəki "çay evi"ndə striptiz klub - VİDEO

Tarix:

5-03-2019, 14:13

/ 1 419 dəfə oxundu.
Bakının mərkəzindəki "çay evi"ndə striptiz klub - VİDEO

Bakının Nəsimi rayonunun bir qrup sakini yaşadıqları ərazidəki fəaliyət göstərən klubdan şikayətçidir.

Bakupost.az-a istinadən xəbər veririk ki, Nəsimi rayonu, Azadlıq prospekti 64 fəaliyyət göstərən klub illərdir binada yaşayanları narahat etsə də, dövlət qurumları bu barədə heç bir tədbir görmür.

Sakinlər deyir ki, yaşadıqları binanın altında fəaliyyət göstərən "Elita klub” səs effektləri ilə ətrafda yaşayan hər kəsi narahat edir: "Heç kəs bunlarla bacara bilmir. Hər yerə şikayət eləmişik, icra hakimiyyətinə, polis idarəsinə, 102 "Qaynar xətt”inə. Hər bir qonşu hər axşam harasa zəng edib, şikayət edir, amma heç bir xeyri yoxur”.

Şikayətçilər deyir ki, klub Nəsimi polisi ilə üzbəüz yerləşsə də, oradakı qanunsuzluqla heç kim məşğul olmur.

Sakinlərin sözlərinə görə, dəfələrlə polis əməkdaşları şikayət əsasında həmin ərazidə olublar, lakin hər dəfəsində "gözdən pərdə asmaq üçün” hansısa protokol tərtib olunub: "Ardı-arası kəsilməyən səs-küy polisin görünməsi ilə bir neçə saatlıq dayanır. Polislər getdikdən sonra isə yenidən eyni şey başlayır”.

Davamlı şikayətlərdən sonra polisdən sakinlərə qeyri-rəsmi şəkildə bildirilib ki, onlar obyekt sahibləri ilə bacarmır, icra hakimiyyətinə müraciət etsinlər.

Şikayətdə bildirilir ki, 9 ilə yaxındır davam edən problemlə barədə heç bir ölçü götürülməyib. Sakinlərin şikayətləri əsasında "çay evi” 5-6 dəfə bağlansa da, yenidən icarəyə verilib və analoji hal davam edib.

Sakinlər deyir ki, ötən il Bakı Şəhər Baş Polis İdarəsinə yazdıqları şikayətdən sonra BŞBPİ adıçəkilən obyektin təyinatının dəyişdirilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edib və sakinləri narahat edən problemin aradan qaldırılması üçün Nəsimi polisinə tapşırıb verib, lakin bununla belə, problem hələ də həllini tapmayıb.

Şərhlər

XƏBƏR LENTİ