Fazil Məmmədova gömrükdə iş verirlər... - İDDİA

Cəmiyyət

Keçmiş vergilər naziri Fazil Məmmədova Dövlət Gömrük Komitəsində iş verilə bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, hazırki DGK sədri Səfər Mehdiyevlə qohumluq əlaqələri olan Fazil Məmmədovun DGK-da idarələrdən birinə gətirilməsi ideyası var.

Qeyd edək ki, mətbuatda Fazil Məmmədovun səhhətindəki problemlərin artıq geridə qaldığı, keçmiş nazirin özünü yaxşı hiss etdiyi, yenidən vəzifəyə hazır olduğu haqda informasiyalar yayılıb.

Səfər Mehdiyevlə Fazil Məmmədovun qohumluq əlaqələrinə gəlincə isə dia.az bildirir ki, DGK sədri oğluna keçmiş Binəqədi şefi Xaləddin İsgəndərovun qızını alıb. Xaləddin İsgəndərov isə Fazil Məmmədovun yeznəsidir.

Məlumatlı mənbə bildirir ki, keçmiş nazirin DGK-ya gətirilməsi ideyası ciddi müzakirə olunur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Dia.Az