Meriyadan mitinqlə bağlı AÇIQLAMA

Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.

Meriyanın imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub.

Bu dəfə də mitinqə “yox” cavabı verilməsinin səbəbi eynilə yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozğunluğu, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub.