Mübariz Mənsimov: “Rəsulzadə bir günəşdir”
- 1-02-2019, 12:01
- 1 132
Bunu Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.
O bildirib ki, xalqın qəlbində sönməz müstəqillik məşəlini yandıran, azadlıq eşqiylə bir kərə yüksələn bayrağı bir daha heç bir gücün endirə bilməyəcəyini sübut edən M.Ə.Rəsulzadənin 135-ci doğum günüdür:
“Şərqdə ilk respublikanın qurucusu, türk xalqının ilk cümhuriyyətçisi Məhəmməd Əmin Rəsulzadə qəlblərdə elə bir mövqeyə sahibdir ki, o zirvəyə kimsənin atdığı daş çatmaz. Rəsulzadə bir günəşdir. Elə bir günəş ki, nə qədər üstü örtülsə də, həqiqət işığı kimi parlayacaq və o aydınlığın qarşısını heç bir qaranlıq kəsə bilməz.
Əmanətin əmanətimizdir, dahi öndər!”.