Prezident Toğrul Bağırovun vəfatı ilə bağlı başsağlığı verdi

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim Toğrul Bağırovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir”.