“Oğlumun ölümündən sonra dostları bizi axtarmır” – Məşhur biznesmenin atası
- 22-01-2019, 11:55
- 1 272
Ağahüseyn Hacıyev Unikal.org-a açıqlamasında deyib ki, oğlunun ölümü ilə bağlı hüquq-mühafizə orqanları bu günədək onlara hər hansı bir məlumat verməyib:
“Bu barədə bizə (həyat yoldaşı və özünə) heç nə demirlər. Oğlumun ölümü ilə bağlı araşdırmanın nəticəsini gözləyirik”.
Ağahüseyn Hacıyev biznesmen oğlunun ölümündən sonra mərhumun dostlarından da narazılıq edib: “Bir-iki dostundan başqa, digərləri qapımızı döymür, bizi axtarmır. O, bir-iki nəfər arada gəlib-gedirlər. Dünya qurulanda da belə olub. Belə bir məsəl var. “Король умер, да здравствует король!”.
İrad Hacıyevin “İrşad Telekom” MMC-dəki dostları sizi axtarmırmı sualımıza Ağahüseyn Hacıyev əsəbləşərək cavab verir: “Mənə artıq sual verməyin. Bu barədə açıqlama verə bilmərəm. Heç nə bilmirəm”.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.