Əhməd Əhmədzadə sabiq deputatı 200 min dollar zərərə salıb: "Hər dəfə zarafata salıb deyir ki..."
- 21-01-2019, 03:50
- 1 194
Bu sözləri sabiq deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Əhməd Əhmədzadənin hikkəsi üzündən vaxtı ilə 200 min dollar zərərlə qarşılaşıb:
"Hörmətli Əhməd müəllimin hikkəsi və təsiri səbəbindən mənə 2003-2004 cü illərdə 200 min dollardan çox ziyan dəyib. İnvestisiya qoyduğum "Meliorasiya və Su Təssərrüfatı" ASC-nin Əli-Bayramlı (indiki Şirvan) şəhərindəki zavodunu məhkəməyə versəm də, məhkəmə analoqu olmayan qərar verib. Qərara əsasən, qoyduğumuz vəsaitin 25 min manatı və avadanlıqların bir hissəsi geri qaytarılmalı idi. Ancaq o pulu da indiyə qədər ala bilməmişəm...".
Sabiq deputat yazır ki, hətta deputat olan vaxtı bu barədə bir neçə dəfə Əhməd Əhmədzadəyə xatırlatma edib: "Lakin o, zarafata salıb deyirdi ki, "sən varlı adamsan, neyləyirsən o xırda pulu. Get, o direktordan al". Direktor Muxtarov da and-aman edirdi ki, mənlik deyil, Əhməd müəllimlikdir".
Sabiq deputat sonda belə sual edib: "Bu dünyada halallıqdamı yoxdur?".
Mia.az