“Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov
- 17-01-2019, 11:51
- 1 015
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O, kitabların qitmətinin baha olmasını da diqqətə çatdırıb: “Kitabların qiyməti çox bahadır. Bu kitablar əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi, 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.