Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Cəmiyyət

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayon sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.

Baş Prokurorluqdan verilən məlumata görə, qəbul yanvarın 25-də saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.