ABŞ-da güllələnən azərbaycanlının nəşinin vətənə göndərilməsi üçün - YARDIM

Cəmiyyət

ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərindəki mobil telefonların təmiri mağazasında güllələnərək öldürülən Azərbaycan vətəndaşı Elçin Xəlilovun nəşinin vətənə göndərilməsi üçün yardım aksiyası başladılıb.

Open.az xəbər verir ki, bu barədə Amerikada yaşayan azərbaycanlı aparıcı Günel Musəvi məlumat verib.

O, mərhumun cəsədinin Azərbaycana göndərilməsi üçün 30 min dolların lazım olduğunu vurğulayıb və hər kəsdən dəstək olmasını istəyib.

Məlumat üçün bildirək ki, yardım aksiyasında indiyə qədər məbləğin təxminən 7 min dolları yığılıb.