Nazirlərdən biri görəvdən alına bilər - İDDİA

Cəmiyyət

Nazirlərdən biri görəvdən alına bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə xəbər verib.

İddia olunana görə, əslində həmin nazir keçən il keçirilən prezident seçkilərinin ardından "vurulmalı" imiş.

Mənbənin söylədikləri:

"Lakin həmin dönəmdə ona şans tanındı. İndi isə görünəni odur ki, artıq etimad limiti bitib".

Görəvdən alınacağı deyilən nazirin kimliyi məlum olsa da, dəqiqiləşdirmə apardıqdan sonra daha geniş məlumatı təqdim edəcəyik.