Ailəsi ruhi xəstəlikdən əziyyət çəkən qadını axtarır

Cəmiyyət

Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Lalə Bəşirovanın əlamətləri belədir: boyu 160 sm, uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.