Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Cəmiyyət

Prezident İlham Əliyev Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovla bağlı sərəncam verib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.