9-cu “zon”un rəis müavini niyə işindən qovulub? - İDDİA
- 18-12-2018, 12:06
- 1 521
Bu barədə Gununsesi.org-a Penitensiar Xidmətədki mənbələrdən bildirilib.
İlkin məlumata görə, Azər Bağırzadə məhkumlardan rüşvət tələb etdiyi üçün vəzifəsindən atılıb.
Məhbuslar arasında Azər Bağırzadə müəssisədə tərbiyəvi işlər əvəzinə həm də məhkumlara işgəncə verməsi əməlləri ilə tanınıb.
Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətə telefon açsaq da zənglərimiz cavabsız qaldı. Məsələ ilə bağlı bu qurumun mövqeyini işqlandırmağa hazırıq.