Bakıda yeni il əyləncəsinə bir neçə ayın maaşı xərclənəcək - QİYMƏTLƏR
- 7-12-2018, 09:30
- 1 300
Cebhe.info xəbər verir ki, artıq paytaxt restoranlarından bəziləri ilin son günü üçün qiyməti müəyyənləşdirib.
Həmin məkanları və qiymətləri (1 nəfər üçün) təqdim edirik:
“Teleqüllə” restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 140 AZN (6 yaşından kiçik uşaqlar üçün ödənişsiz)
“Tower Terrace”: bayram menyusu, canlı musiqi, şou proqram - 90 AZN (6 yaşından kiçik uşaqlar üçün ödənişsiz)
“Oazis” ailəvi istirahət mərkəzi: bayram menyusu, canlı musiqi, şou proqram - 100-150 AZN (seçdiyiniz yerə uyğun olaraq)
“Boulevard Hotel Baku”: bayram menyusu, canlı musiqi, şou proqram - 200-220 AZN (0-6 yaş pulsuz, 6-12 yaş 50 % endirim)
“Nar-şərab” restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 120 AZN,
“Manqal Steak House” restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 200 AZN, Zaqulbada yerləşən filialda isə 150 AZN
“13 Restaurant”: bayram menyusu, canlı musiqi, şou proqram - 250 AZN,
“Vertical 29”: bayram menyusu, canlı musiqi, şou proqram -150 AZN,
“Cızz-Bızz” restoranı: bayram menyusu, canlı musiqi, şoru proqram - 60 AZN,
“Zamok Lva” Ukrayna restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 50 azn.
Beləliklə, 2018-ci ilin son gecəsini adıçəkilən məkanlarda keçirmək istəyən 4 nəfərlik ailə üçün minimum 200, maksimum isə 1000 AZN lazım olacaq. Göründüyü kimi, Yeni ili xüsusi məkanda qarşılamaq maddi imkanı orta və yaxşı olanlar üçün əlçatandır.