Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub
- 26-11-2018, 15:17
- 1 798
“Baku TV”nin əməkdaşı həmin şəxslə əlaqə yaratmağa çalışdı.
““İnstagram”dan ona yazaraq xidmətlər haqqında məlumat aldı. Təkidlə nömrəsini əldə etməyə çalışsa da, o, nömrəsini verməkdən imtina etdi.
Bank hesabına dediyi məbləği köçürdükdən sonra nömrəsini verəcəyini bildirdi. Həmin şəxs əməkdaşımızın ona verdiyi suallardan hiddətlənərək qeyri-etik sözlər işlətməkdən də çəkinmədi.
Məsələni daha dərindən araşdırmaq üçün onun dediyi məbləği bank hesabına köçürdük.
Ödədiyimiz məbləğin qəbzini ona göndərdik. Həmin şəxs evə çatdıqdan sonra görüntülü danışacağını desə də, fikrindən daşınaraq əvəzində video atmağı təklif etdi.
Əməkdaşımız həmin fırıldaqçının əməllərini daha aydın üzə çıxartmaq üçün təkidlə nömrəsini istəyib görüntülü danışmağı tələb etdi. Əvəzində isə həmin şəxs kontakta keçdiyimiz “Instagram” hesabını əngəllədi. Yeni hesabla başqa müştəri olaraq müraciət etdik. Eyni mənzərə ilə qarşılaşdıq. Qeyd edək ki, pul göndərdiyimiz bank hesabı Abdulova Arzu Gülbala qızına məxsusdur.
Azyaşlı uşaqların da sosial şəbəkə istifadə etdiyini nəzərə alsaq, hüquq-mühafizə orqanlarının bununla bağlı ciddi tədbir görəcəklərini düşünürük”, - deyə “Baku TV”nin reportajında qeyd edilir.