“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərinin işi araşdırılır... - HƏBS OLUNA BİLƏR
- 21-11-2018, 09:32
- 1 855
İndi isə bu məsələ ilə bağlı yeni materiallar daxil olub. Bəri başdan qeyd edək ki, sözügedən inthar faktı ilə əlaqədar əldə etdiyimiz məlumatlar əsasında yeni araşdırma yazısını diqqətinizə təqdim edəcəyik. Hələliksə...
DİA.AZ-ı məlumatlandıran hüquq-mühafizə orqanlarındakı qaynağın iddialarına görə, artıq dövlətin müvafiq qurumları “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərliyinin fəaliyyətini araşdırmağa başlayıb. Bununla bağlı rəsmi bilgilər yaxın günlərdə paylaşılacaq.
Məlumatı verən mənbə bildirir ki, sözügedən QTSC-nin rəhbəri təkcə bu fakta görə deyil, digər əməlləri ilə də qanun qarşısında da cavab verməli olacaq. Mənbənin dia.az-a söylədikləri: "Hətta burada dövlətin nüfuzlu şəxslərinə böhtan atılması faktı da var ki, dəfələrlə “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mövqeyini ifadə edən və yerli KİV-də yayılmış materiallarda bir sıra vəzifəli şəxslərə qarşı açıq böhtan kampaniyası da yürüdülməkdədir ki, bu məsələ ilə əlaqədar da Nazim Tahirov cavab verməli olacaq".
Mövzu diqqətimidədir. Əlavə bilgilər verəcəyik. Bizi iləməkdə davam edin.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ