Əbülfəz Məlikovun varidatı nə az nə çox ........... İDDİA
- 20-11-2018, 10:06
- 1 117
Daxil olan informasiyaya əsasən uzun illər Azərbaycan gömrüyündə kölgə iqtisadiyyatının əsas fiqurlarından olan Əbülfəz Məlikovun illərdir ki, büdcədən oğurladığı pullarla bağlı yoxlamalar başlayıb. Məlumata əsasən Ə.Məlikovun büdcədən yayındıraraq yığdığı pulların həcmi milyardlarla dollar həcmindədir. İnformasiyaya əsasən onun biznes ortaqları, beynəlxalq ticarətdə tərəfdaşları arasında hətta ermənilər də var.
Bu barədə mediada uzun illər iddialar yer alsa da gömrüyün əsas broker kralı susmağa üstünlük verib. Məlumata əsasən Azərbaycana qarşı kənar təxribatların artması müşahidə olunsa da, bu yöndə ölkəmizin hüquq-mühafizə orqanlarının gərəkən və vaxtında gördüyü tədbirlər hər bir düşmən qüvvənin son nəticədə yerində oturdulması ilə nəticələnməkdədir. Elə Gəncə olaylarının arxasında kimlərin dayanması və bu hadisələrlə bağlı atılan sərt addımları qeyd olunan qəbildən hesab etmək olar.
Bununla bağlı yayılan xəbərlərdə olduqca maraqlı açıqlamalar verən mötəbər mənbə iddia edir ki, əslində uzun zamanlar Azərbaycanda şəbəkələşməyə müvəffəq olan təhlükəli qüvvələrin əllərində iqtisadi rıçaqlar da yetərincədir. Bu yöndə isə gömrük orqanlarının buraxdığı yanlışlıqlar və nəticədə həmin düşmən qüvvələrin xüsusi imkanlar əldə etməsi də iddia olunmaqdadır.
Məlumatlı mənbə açıqlamasında iddia edir ki, zamanında Azərbaycan gömrüyünün qara bəlası kimi dəyərləndirilən “Trans Broker” MMC və onun rəhbəri olmuş, hazırda “Gilan” Holdinqdə “gizlənən” Əbülfəz Məlikov fəaliyyətdə olduğu müddətdə təkcə gömrük sisteminin işini iflic etməyib, eyni zamanda Azərbaycan üçün təhlükəli hesab olunan qüvvələrlə də müəyyən iş birliyinə gedib.
Bu gün Milli Məclisdə də gömrükdən illər uzunu proqnozdan az vəsait toplanması zəruri araşdırmaların başlanmasına səbəb olub. Hazırda Əbülfəz Məlikovun da ən böyük sərvət sahiblərindən və büdcə talançılarından biri kimi keçdiyinə görə, araşdırmalar aparılır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. gundeminfo.az/
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Zəruri qeyd: Əgər hörmətli iqtisadçı-deputatımız Vahid Əhmədovun sözü ilə yola çıxsaq və bəzi faktları göZ önünə alsaq ( Əbülfəz Məlikovun gömryü tərk etməsi və ondan sonra gəlirin nə qədər artması)bu gün “Trans Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun varidatı doğrudanda dodaq uçuqladar. Nə az nə çox 27 milyard.......
Teref.az