Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ

Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il noyabrın 23-də saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

xalqxeber.az-a Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.