Türk gəncdən İlham Əliyevə maraqlı məktub: "Döyüşməyə hər an hazıram"

Cəmiyyət

Qardaş Türkiyə Respublikasından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına maraqlı məktub daxil olub.

Ankara şəhərində yaşayan Müzəffər Hayta yazır:

“Hörmətli cənab Prezident,

Mən Ankarada Çankaya Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıram. Bu məktubu yazmaqla daxilimdəki hisslərimi Sizinlə bölüşmək istəyirəm.

Qeyd etmək istəyirəm ki, Ermənistana və bütün düşmənlərimizə qarşı döyüşməyə hər an hazıram. Mən Türkiyəni necə sevirəmsə, Azərbaycana qarşı da münasibətim eynidir. Əgər ehtiyac olarsa, mənim kimi milyonlarla türk gənci Sizinlə, şərəfli əsgərlərinizlə çiyin-çiyinə döyüşməyə hazırdır”.

"Ölkə.Az"