Cənub bölgəsində YENİLƏNMƏ - 3 rayonun rəhbəri dəyişdirilir

Cəmiyyət

Yaxın günlərdə Cənub bölgəsində 3 rayon rəhbərinin dəyişdirilməsi gerçəkləşə bilər. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən mənbə bildirir ki, həm Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, həm Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və həm də Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yol üstündədirlər.

Mənbənin söylədikləri: "Artıq hər üç başçı ilə bağlı sərəncamlar hazırdır. Rəsmiləşməsi an məsələsidir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

DİA.AZ